Bu günün valyuta məzənnələri
09:10 20.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, cari ilin 4 ayı ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalı 514,2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 3,7 faiz artmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60,9 milyon manat olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artım qeydə alınmışdır.
İnvestisiya qoyuluşlarının artması muxtar respublikada infrastrukturun yenilənməsi, istehsal imkanlarının genişləndirilməsi və iqtisadi fəallığın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər