Konstitusiya Məhkəməsinin Plenumunun iclasında növ...
19:31 25.06.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücüləri saxlanılıb.
Onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərilib.
Digər xəbərlər