NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda tinglik sahələrində dərmanlama işləri görülüb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nazirliyin Qoşadizə və Xətai tinglik sahələrində zərərverici həşəratlara qarşı dərmanlama işləri həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bununla yanaşı, tinglik sahələri alaq otlarından təmizlənib, tinglərin normal böyüməsi üçün əlverişli şərait yaradılıb. 

İşlərin vaxtında və düzgün aparılması gələcəkdə tinglərin sağlam böyüməsinə, yaşıllıqların davamlılığının təmin edilməsinə şərait yaradacaq.

Nəşr edilib : 19.08.2025 18:10