Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən, tibb sahəsi üzrə dövlət xidmətlərinin inkişaf etdirilməsi istiqamətində icra edilən tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikasında Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin gücləndirilməsi, yeni briqadaların formalaşdırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu tədbirlər çərçivəsində Təcili Tibbi Yardım Xidmətinin müasir tələblərə uyğun təşkili və əhaliyə operativ xidmətin göstərilməsi üçün bir sıra mühüm addımlar atılıb, köhnə təcili yardım avtomobillərinin daxili təchizatı yenilənib. Yeni avadanlıqla təchiz edilmiş avtomobillər Təcili Tibbi Yardım briqadalarının vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini artırmaqla, ən qısa zamanda effektiv müdaxilənin təmin edilməsinə imkan verir.
Yeni avadanlıqlar və zəruri tibbi ləvazimatların alınması üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına, ümumilikdə, 22 adda avadanlıq və ləvazimat təmin edilib. Alınan avadanlıqlar arasında süni tənəffüs cihazları, portativ aspiratorlar, ambulans üçün portativ aspiratorlar, baş üçün immobilizasiya yastıqları, boyunluqlar, pnevmatik şinalar dəsti, səyyar təzyiqölçən cihazlar, stasionar təzyiqölçən, tam təchizatlı təcili tibbi yardım çantaları, yanıq və təcili doğum dəstləri, torakal drenaj seti, diaqnostik dəst, defibrilyatorlar və digər zəruri tibbi ləvazimatlar yer alır.
Qeyd edək ki, görülən tədbirlər yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmır. Yeni briqadaların formalaşdırılması, personalın ixtisasının artırılması və müasir tibbi texnologiyaların tətbiqi ilə xidmətin keyfiyyəti daha da yüksəldilib. Bu addımlar, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və təcili tibbi yardımın operativliyinin təmin edilməsi sahəsində aparılan kompleks işlərin mühüm tərkib hissəsini təşkil edir.
Digər xəbərlər