Akademik Hüseyn Əhmədovun zəngin elmi irsinin daha...
23:33 02.07.2026
0
0
0
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlarla su obyektlərindən xüsusi məqsədlər üçün istifadə sahəsində qanunvericilikdə edilmiş yeniliklərə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanının, eləcə də Nazirlər Kabinetinin bu sahə üzrə yeni qəbul edilmiş qərarlarının tələbləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Görüş zamanı sahibkarların diqqətinə çatdırılıb ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə 1 sentyabr 2026-cı il tarixdən etibarən ödənişli əsaslarla həyata keçiriləcək. Bununla bağlı tətbiq olunacaq yeni qaydalar, hüquqi tələblər və sahibkarların üzərinə düşən öhdəliklər barədə geniş izahat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin əsas məqsədi qanunvericilikdə edilmiş dəyişikliklərin sahibkarlara çatdırılması, su ehtiyatlarından səmərəli və qanunvericiliyin tələblərinə uyğun istifadənin təşviq edilməsi olub.
Digər xəbərlər