NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvanda “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib

...

Sentyabrın 11-də muxtar respublikada fəaliyyət göstərən bir sıra dövlət mətbuat orqanlarının əməkdaşları, media nümayəndələrinin iştirakı ilə Strateji kommunikasiya üzrə mütəxəssis Rəşad İmanov tərəfindən “Strateji kommunikasiya” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd kommunikasiya sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, iştirakçıların böhran kommunikasiyasının düzgün təşkili kimi mövzularla bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir. 

Rəşad İmanov təlim iştirakçılarına peşə fəaliyyətində effektiv kommunikasiya qurmaq bacarıqlarının növləri, önəmli komponentləri, eləcə də  marketinq, təşkilati, ictimaiyyətlə əlaqələr və brendinq, böhran kommunikasiyaları barədə ətraflı məlumat verib. Bildirilib ki, hər bir qurumun əməkdaşı tam məlumatlı olmalı, qurumun missiyasını öyrənməli və həmin əməkdaş öz rolunu dərk etməlidir. Müzakirələr formatında davam edən təlimdə strateji kommunikasiya anlayışı nədir, özündə nələri ehtiva edir, strateji kommunikasiyadakı yeni tendensiyalar hansılardır, burada süni intellektin, datanın təsiri və digər məsələlərə aydınlıq gətirilib. Təlimdə, həmçinin təşkilati kommunikasiya tərkibində adaptasiya proqramının önəmi vurğulanılıb.
Təlim çərçivəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.09.2024 16:05