Avropada Azərbaycana münasibətdə formalaşan iki ya...
15:26 11.05.2026
0
0
0
NAXÇIVAN :
11 May 2026, Bazar ertəsi
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarının sonuncu günündə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri iştirak edib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarının sonuncu günündə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya fənləri üzrə 501 təhsilverənin iştirakı nəzərdə tutulur.
Test imtahanı Naxçıvan şəhər 4, 11 nömrəli tam orta məktəbdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov imtahan mərkəzlərində imtahan prosesinin təşkili ilə yaxından tanış olub, təhsilverənlərə uğurlar arzulayıb.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli Qərarına əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.
️
Digər xəbərlər