NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvanda sertifikatlaşdırmanın ilk günündə yüksək nəticə göstərən müəllimlər açıqlanıb

...

Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin ilk günündə yüksək nəticə əldə edən müəllimlərin adları açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Ordubad rayon Parağaçay kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Qulusoylu 52 bal toplayaraq yüksək nəticə göstərib.

Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin rus dili müəllimi Rufanə Abbasova isə 51 bal toplayaraq sertifikatlaşdırmanın ilk gününün ən yüksək nəticə göstərən müəllimləri sırasında yer alıb.

Nəşr edilib : 17.06.2026 14:32