NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvanda sertifikatlaşdırmanın ikinci dövriyyəsində 3 min müəllim iştirak edəcək

...

"Təhsilverənlərin sertifikatlaşdırılma prosesindən azad olunanlar sırasında hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən şəxslər) yer alır. Dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən və  2021-ci ildə sertifikatlaşdırmadan uğur qazanan, 2021-2022-ci illərdə sertifikatlaşdırmadan uğur qazana bilməyən müəllimlər isə bu dövriyyədə iştirak edəcəklər".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırılma prosesinin ikinci dövriyyəsi ilə bağlı media nümayəndələri üçün brifinqdə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir qeyd edib ki,  ümumilikdə, Naxçıvanda sertifikatlaşdırmanın ikinci dövriyyəsində  3 minə yaxın təhsilverən iştirak edəcək. Sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 24.02.2026 16:47