NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib

...

27 sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ağacəkmə aksiyası keçirib. 

Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətindən  "Şərq qapısı"na bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və təbiətin qorunması məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları dekorativ ağaclar əkiblər. Əkin işləri ilə yanaşı, mövcud yaşıllıq sahələrində abadlaşdırma və təmizlik tədbirləri də həyata keçirilib.

Aksiyanın davamı olaraq Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub və məzarlar üzərinə gül dəstələri qoyulub.

Nəşr edilib : 24.09.2025 17:00