Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağ...
19:56 24.11.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Babək rayonu, Çeşməbasar kəndi ərazisində baş verib. “Kamaz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar – 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.
Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin atası və anasıdır.
Hadisə yerinə polis əməkdaşları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər