Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay fest...
11:30 27.06.2026
0
0
0
Naxçıvanın quraq iqlimi, geniş düzənlikləri və zəngin kənd təsərrüfatı ənənələri son illərdə yeni istiqamətlər üzrə həyata keçirilən layihələrlə daha da dəyər qazanır. Bu layihələr arasında püstəçiliyin inkişafı xüsusi diqqət çəkir. Uzunmüddətli investisiya, səbir və peşəkar aqrotexniki yanaşma tələb edən püstə bağları artıq öz nəticələrini göstərməyə başlayıb. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində salınan və regionun kənd təsərrüfatı potensialının simvollarından birinə çevrilən püstə bağı da bu baxımdan maraqlı nümunədir. Bu bağın yaradılması, inkişaf mərhələləri və gələcək perspektivləri barədə Kəngərli Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Nuran Şahhüseynovla həmsöhbət olduq.
Müsahibimizin sözlərinə görə, 2017-ci ildən bu yana Kəngərli rayon Böyükdüz kəndi ərazisində salınan bağın ümumi sahəsi 87,53 hektarı əhatə edir. Kənd təsərrüfatında uzunmüddətli investisiya nümunəsi olan bağ bu gün ölkəmizin püstəçilik potensialını nümayiş etdirən mühüm aktivlərdən biridir. Püstə ağacları əkildikdən sonra ilk bəhərini 7-8-ci illərində versə də, tam iqtisadi səmərəlilik və maksimum məhsuldarlıq mərhələsinə 15-20-ci illər arasında çatır. 2017-ci ildə salınan bu bağ isə artıq 9 yaşındadır. Təxminən, 9 illik zaman kəsiyində ağacların kök sistemi tam formalaşmış, bölgənin quraq və ya spesifik iqlim şəraitinə tam uyğunlaşmışdır. Müsahibimiz qeyd edir ki, püstə bitkisi, eyni zamanda quraqlığa dözümlülüyü ilə də seçilir. Püstə bağlarının ən böyük üstünlüyü onların uzunömürlü olmasıdır. Müvafiq aqrotexniki qulluq göstərildiyi təqdirdə bu ağaclar 100-150 il və daha çox yaşaya bilir. Bu baxımdan, qoyulan investisiya, sadəcə, bu gün üçün deyil, növbəti nəsillər üçün də dayanıqlı gəlir və ərzaq təhlükəsizliyi mənbəyidir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər