Azərbaycan və Keniya XİN başçılarının geniş tərkib...
14:31 03.06.2025
0
0
0
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Sağlam uşaqlar, sağlam gələcək” adlı tibbi müayinə aksiyası həyata keçirilib.
Tədbirin əsas məqsədi uşaqların sağlamlıq vəziyyətinin yoxlanılması, erkən diaqnostika və zəruri hallarda müalicə tədbirlərinin vaxtında həyata keçirilməsidir. Aksiya çərçivəsində Bakı şəhərindən dəvət olunmuş müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər – pediatrlar, pediatr-kardioloq, allerqoloq, pediatr-endokrinoloq, uşaq cərrahı, uroloq və digər sahələrin nümayəndələri tərəfindən uşaqların müayinəsi aparılıb.
Ümumilikdə, 300-dən çox uşaq əhatəli tibbi müayinədən keçib.
Aksiyada valideynlərlə maarifləndirici söhbətlər də aparılıb, onlara uşaqların sağlam inkişafı, düzgün qidalanma, fiziki aktivlik və profilaktik tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verilib.
Bu cür aksiyaların keçirilməsi uşaqların sağlam böyüməsinə, gələcəkdə sağlam cəmiyyətin formalaşmasına töhfə verməklə yanaşı, profilaktik tibbi baxışların əhəmiyyətini bir daha ön plana çıxarır.
Digər xəbərlər