Naxçıvanda avtomobil piyadanı vurub
17:33 18.04.2026
0
0
0
Naxçıvan Dövlət Rəsm Qalereyasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Rəsmlərdə yaşayan zəfər salnaməsi " adlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli açaraq qeyd edib ki, "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük mübarizədən sonra noyabrın 8-də 28 illik həsrətə son qoyuldu. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın baş tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında "Zəfər Günü" kimi qeyd edilməsi qərara alınıb.
Sonra müsabiqənin təltifetmə mərasimi keçirilib. İştirakçılara Fəxri Fərman, diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqədə 17 nəfər iştirak edib.
Digər xəbərlər