NAXÇIVAN :

14 Iyun 2026, Bazar

Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir: dağlıq ərazilərdə dolu gözlənilir

...

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometerologiya xidmətindən "Şərq qapısı"na verilən məlumata əsasən, Naxçıvan şəhərində 4 mm, Şərurda 3 mm, Şahbuzda 14,8 mm, Biçənəkdə 3 mm, Küküdə 2 mm, Axurada isə 4 mm yağıntı qeydə alınıb.
Sinoptik proqnozlara görə, yağıntılı hava şəraitinin iyunun 17-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı dağlıq və dağətəyi ərazilərdə dolu yağması ehtimalı var.
Qərb küləyi əsasən 5-10 m/s sürətlə əsəcək, bəzi yerlərdə arabir 15 m/s-dək güclənəcək.
Mütəxəssislər vətəndaşlara hava şəraitində gözlənilən dəyişiklikləri nəzərə almağı və ehtiyatlı olmağı tövsiyə edirlər.

Nəşr edilib : 14.06.2026 09:45