NAXÇIVAN :

05 Iyul 2026, Bazar

Naxçıvanda "Qərbi Azərbaycana qayıdış” III konqres-festival keçirilir – YENİLƏNƏCƏK

...

Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” III konqres-festival keçirilir.

"Şərq qapısı" xəbər verir ki, festival-konqresin açılış tədbirində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə rəsmi çıxışlar olacaq, Qərbi Azərbaycana həsr olunmuş kompozisiya, I və II “Qərbi Azərbaycana qayıdış” konqres-festivallar ilə bağlı videoçarx nümayiş etdiriləcək. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Qərbi Azərbaycan” layihəsinin, isveçli rejissor Mikael Silkeberqin “Yaddaşda yaşayan Vətən” filminin təqdimatları, Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış, konsert proqramı və panel müzakirələr nəzərdə tutulub.

İyunun 19-da isə "Qərbi Azərbaycana qayıdış” III konqres-festival çərçivəsində bölmə iclasları, kitab, layihə təqdimatları və ustad dərsləri təşkil ediləcək.

Nəşr edilib : 18.06.2026 10:23