Naxçıvanda narkotikin təsiri altında avtomobil ida...
12:46 21.04.2025
0
0
1
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, “Günəş” Uşaq Akademiyasının birgə təşkilatçılığı, eyni zamanda Mədəniyyət Nazirliyi və "Cahan" Holdinq Şirkətlər Qrupunun dəstəyi ilə Türkiyənin 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya 23 aprel tarixinin Türkiyə Cümhuriyyəti üçün önəm və mahiyyəti ilə bağlı çıxış edib. Baş konsul bu qədər önəmli bir bayramın qədim türk diyarı Naxçıvanda yüksək coşqu ilə qeyd olunmasının olduqca sevindirici və qürur verici olduğundan danışıb. Bu möhtəşəm tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 23 aprel – Milli Suverenlik və Uşaq Bayramının Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uşaqlara olan qayğı və diqqətinin təcəssümü olduğundan bəhs edib. Eyni zamanda bu torpaqların ən uzunömürlü sahiblərinin məhz uşaqlar olduğunu da qeyd edib.
"Günəş" Uşaq Akademiyasının direktoru Ulduz Əliyeva da çıxış edərək bu günün önəm və mahiyyətindən bəhs edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Günəş” Uşaq Akademiyasının üzvləri, “Şərur” Xalq Yallı Ansamblının uşaqlardan ibarət qrupu, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının fəal uşaqları bir-birindən rəngarəng, möhtəşəm bədii kompozisiyalarla çıxış ediblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin, dahi öndər Mustafa Kamal Atatürkün aforizmləri səsləndirilib, o cümlədən görkəmli dramaturq Hüseyn Cavidin “Qız məktəbində” şeiri qiraət edilib, incəsənət nümunələri nümayiş olunub. Türk sənətçisi Ahmet Şafakın "Azərbaycan-Türkiyə" mahnısı möhtəşəm rəqs şousu ilə səsləndirilib.
Sonda tədbirdə iştirak edən bütün uşaqlar birlikdə "23 nisan kutlu olsun" və “Hayat bayram olsa” mahnılarını ifa ediblər və tədbirə yekun vurulub.
Digər xəbərlər