NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda peşə təhsil müəssisələrinin ilk məzunlarına diplomlar təqdim olunub

...

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin, Şərur və Ordubad peşə liseylərinin ilk  məzunlarına diplomlar təqdim olunub. 
Qeyd edək ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 4 ixtisas üzrə 54, Şərur Peşə Liseyində 4 ixtisas üzrə 40, Ordubad Peşə Liseyində isə 4 ixtisas üzrə 44 tələbə olmaqla, ümumilikdə, 12 qrup üzrə 138 tələbə təhsilini başa vurub. Onlardan 3-ü fərqlənmə nümunəli diploma layiq görülüb.

Tələbələr kargüzar, mühafizəçi və bərbər ixtisaslarını ilk peşə, kompüterlərin təmiri və xidməti üzrə texnik, avtomobil üzrə elektrik, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, qənnadçı, şirniyyatçı, dəmir yolu stansiya və keçid növbətçisi ixtisaslarını texniki peşə təhsil səviyyələri üzrə başa vurub.
Məlumat üçün bildiririk ki, 2024-cü ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron şəkildə portal.edu.az vasitəsilə ölkə üzrə mərkəzləşmiş qaydada həyata keçirilir. Qəbul ilk və texniki peşə təhsil səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında aparılır.
 ️2024-2025-ci tədris ili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 27 adda 35 ixtisas üzrə 700 yerlik qəbul planı tərtib olunmuş və 3 müəssisə üzrə 462 tələbə peşə təhsilinə cəlb olunmuşdur.

Nəşr edilib : 10.09.2025 17:46