NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 335 milyon manatdan çox olub

...

Cari ilin yanvar-mart aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. 
Ticarət şəbəkəsində 172 milyon 592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq qeyri-qida məhsulları satılıb.

Nəşr edilib : 16.04.2025 12:46