Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
Bu gün səhər ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da növbədənkənar parlament seçkilərinə start verildi. Muxtar respublikada seçkilər Milli Məclisə 6, Ali Məclisə isə 45 dairə üzrə keçirilir.
Naxçıvan Tibb Kollecində yerləşən və 1302 seçicinin qeydə alındığı Mili Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı seçki məntəqəsi və Ali Məclisə seçkilər üzrə 28 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsində proses qanunamüvafiq həyata keçirilir. Saat 07:50-də məntəqə seçki komissiyalarının sədrləri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə boş seçki qutularını göstərib onları kilidləyir və saat 08:00-da səsvermənin başlandığını bildirirlər. Daha sonra müəyyənləşdirilmiş vəzifə bölgüsünə uyğun olaraq, məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan seçicilərin şəxsiyyətini təsdiq edən sənədlərini və ultrabənövşəyi lampadan istifadə etməklə onların sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə əvvəl işarələnib-işarələnmədiyini yoxlayaraq səsvermə otağına daxil olmağa icazə verir.
Məlumat üçün bildirək ki, hər iki məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.
Qeyd edək ki, Milli Məclisə seçkilər üzrə 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 44 məntəqə fəaliyyət göstərir. Bu dairədə seçicilərin sayı 46 min 857 nəfərdir ki, bunlardan 503-ü ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək. Dairənin 10, 12, 15 və 17 saylı məntəqələrində veb-kameralar quraşdırılıb. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar 7 deputatlığa namizəd qeydə alınıb.
Digər xəbərlər