QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvanda 86 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən cəmi daxilolmalar 1 milyon 211 min manat təşkil edib, bundan 908 min manatı muxtar respublika büdcəsinə ödənilib.
Hesabat dövründə 242 yeni icarə müqaviləsi bağlanıb, 194 müqavilənin müddəti uzadılıb. Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 625 min manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən, ümumilikdə, muxtar respublika büdcəsinə 1 milyon 533 min manat vəsait daxil olub.
Digər xəbərlər