Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscid...
09:29 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 2 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Belə ki, Şərur rayonu, Yengicə kəndində ot bağlamalarında, Ordubad rayonu, Darkənd kəndində isə quru ot və kol-kos sahələrində yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.
Digər xəbərlər