Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2024-cü ildə idxal-ixrac üzrə yerinə yetirilmiş nəzarət tədbirləri zamanı qida və yem məhsulları üçün idxal sağlamlıq aktı, sağlamlıq sertifikatı, idxal olunan diri heyvanlara və heyvan mənşəli məhsullara baytarlıq idxal icazəsi, idxal olunan baytarlıq preparatlarına idxal rəyi, baytarlıq sertifikatı, ixrac fitosanitar sertifikatı, idxal karantin icazəsi, idxal rəyi olmaqla, ümumilikdə, 2958 icazə sənədi verilib.
Agentlikdən “Şərq qapısı”na bildirilib ki, əməkdaşlar tərəfindən aparılmış maarifləndirmə tədbirlərinin nəticəsi olaraq ötən il ərzində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı, ümumilikdə, 441 müraciət qəbul olunub, 439 subyekt qeydiyyata alınaraq dövlət reyestrinə daxil edilib. Həmçinin 2 müraciətə imtina qərarı verilib, 17 obyektin qeydiyyatı ləğv olunub.
Digər xəbərlər