NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Naxçıvanda ölkə üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə start verilib

...

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17-19 və 23-25 iyun 2026-cı il tarixlərdə təşkil olunacaq. Prosesdə təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Naxçıvan Muxtar Respubilkası Təhsil Nazirliyindən “Şərq qapısı” na bildirilib ki, sertifikatlaşma prosesində Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrindən 310 müəllimin iştirakı nəzərdə tutulur.

Sertifikatlaşdırmanın ilk günündə Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili, rus dili və ədəbiyyatı, fransız və alman dili müəllimləri iştirak edir. Prosesdə muxtar respublika üzrə 100 faiz iştirak qeydə alınıb.

Nəşr edilib : 17.06.2026 10:15