NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda növbəti torpaq hərracında 7 sifarişçi qalib olub

...

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 7 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı növbəti hərrac keçirilib. 
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Culfa və Kəngərli rayon bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrinin hərracında iştirak etmək üçün 13 sifarişçi qeydiyyatdan keçib və iddiasında olduğu əmlak üçün ən yüksək qiyməti təklif edən 7 sifarişçi hərracın qalibi olub.
Məlumat üçün bildirək ki, mərkəz tərəfindən “Azərterminalkompleks” Birliyi ilə bağlanmış müqaviləyə əsasən ilk dəfə olaraq noyabrın 4-də gömrük hərracı və noyabrın 17-də Ordubad rayonunda yerləşən kiçik dövlət müəsissəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Qeyd edək ki, əmlakların satışı ilə bağlı növbəti hərracın isə  dekabrın 6-da keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 29.11.2024 19:48