NAXÇIVAN :

08 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvanda nəqliyyat vasitələrinin hərracı keçirilib

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac təşkil olunub.Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində 4 nəqliyyat vasitəsi üçün 5 sifariş qəbul olunub. 
Hərracda iştirak edən 3 sifarişçi hərracın qalibi olub, 1 nəqliyyat vasitəsi üçün sifariş olmadığından hərrac baş tutmamış hesab edilib. 

 

Nəşr edilib : 17.01.2025 14:22