NAXÇIVAN :

15 Mart 2025, Şənbə

Naxçıvanda "Müəllimlərin riyaziyyat müsabiqəsi" keçirilib

...

Martın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və ATİAHİ-nin tərəfdaşlığı ilə "Müəllimlərin riyaziyyat müsabiqəsi" keçirilib. 
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin müsabiqədən qeydiyyatdan keçən  riyaziyyat müəllimləri üçün I mərhələ  Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunub.
36 riyaziyyat müəlliminin iştirak etdiyi müsabiqədə təhsilverənlərə AMC (American Mathematics Competitions) tapşırıqları əsasında suallar təqdim olunub. 
Qeyd edək ki, 14 Mart Beynəlxalq “Pi” Gününə həsr olunan müsabiqənin keçirilməsində məqsəd istedadlı riyaziyyat müəllimlərinin üzə çıxarılması və tanıdılmasıdır.
Müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqənin ikinci mərhələsi  29 mart tarixdə keçiriləcəkdir.
Müsabiqədə 1-ci yer 1 nəfər, 2-ci yer 2 nəfər, 3-cü yer 3 nəfər olmaqla ən yüksək bal toplamış 6 nəfər sonda mükafatlandırılacaqlar.

Nəşr edilib : 15.03.2025 18:04