NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvanda “Müasir pediatriyanın işığında” adlı konfrans keçirilib

...

Konfransdan öncə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Daha sonra konfrans öz işinə başlayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə pediatriya sahəsində müasir yanaşmalar, diaqnostika və müalicə üsulları, uşaqlarda aktual xəstəliklər və innovativ tibbi yeniliklər müzakirə olunub.

 Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edərək bildirib ki, ölkəmizdə səhiyyə sahəsinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin peşəkar hazırlığının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu kimi elmi konfranslar müasir tibbi biliklərin paylaşılması, qabaqcıl təcrübənin öyrənilməsi və səhiyyə işçiləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra konfrans proqramına uyğun olaraq müxtəlif mövzular üzrə elmi məruzələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 20.06.2026 18:20