Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Naxçıvanın ixrac coğrafiyası genişlənib
“Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş mənşə sertifikatlarına əsasən cari ilin 8 ayı ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstan Respublikasına 2774,3 min ABŞ dolları, Rusiya Federasiyasına 993,5 min ABŞ dolları, Yəmən Respublikasına 902,5 min ABŞ dolları, Qırğızıstan Respublikasına 823,7 min ABŞ dolları, Türkiyə Respublikasına 309,4 min ABŞ dolları və digər ölkələrə 1484,1 min ABŞ dolları olmaqla, ümumilikdə 7287,5 min ABŞ dolları dəyərində ixrac olunub.
Naxçıvanda mənşə sertifikatlarının sayı artıb
Bu ilin mart-sentyabr aylarında “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,8 faiz çoxdur.
2024-cü ilin ötən dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 29,8 min manat təşkil edib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi media ilə sıx əməkdaşlıq edir
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi daim mətbuatla sıx əməkdaşlığa üstünlük verib. 2024-cü ilin 9 ayında 2192-i elektron mediada olmaqla, KİV-də 2405 material dərc olunub.
Digər xəbərlər