İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi ...
18:21 05.10.2026
0
0
0
Naxçıvanda “Əcəmi Naxçıvaninin 900 illik yubileyi”, “Şəhərsalma və Memarlıq İli” və 5 oktyabr – Beynəlxalq Memarlar Gününə həsr olunmuş tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Seymur Seyidov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, memarlar, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda Əcəmi Naxçıvaninin Azərbaycan memarlığının inkişafındakı mühüm rolu, onun zəngin irsinin qorunması, müasir şəhərsalma və memarlığın inkişafı, eləcə də bu sahədə ali təhsilin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Qeyd olunub ki, 2026-cı ildə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi, həmçinin “Şəhərsalma və Memarlıq İli”nin elan olunması milli memarlıq irsinin təbliği və müasir şəhər mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində “Əcəmi Naxçıvaninin 900 illik yubileyi” və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş sərgi-müsabiqənin qalibləri və fəal iştirakçıları diplom və plaketlərlə təltif olunublar.
Sonda iştirakçılar memarların və müsabiqə iştirakçılarının layihələrindən ibarət sərgi ilə tanış olublar.
Digər xəbərlər