NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda məhkumlara hüquqi və psixoloji yardım göstərilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi və maarifləndirmə tədbirləri çərçivəsində, oktyabr ayının 17-də Qarışıq rejimli cəzaçəkmə müəssisəsində vəkillər tərəfindən qəbul keçirilib.
Qəbul zamanı, ümumilikdə, 20-yə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlərlə bağlı geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 17.10.2025 17:01