İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
İyun ayının 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək uşaqları və onların valideynlərini bayram münasibətilə təbrik edib. O, Ümummilli Llider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Çıxışda azad olunmuş ərazilərdə uşaq bağçaları, məktəblər və idman meydançalarının inşasına xüsusi önəm verildiyi vurğulanıb.
Bayram tədbiri Naxçıvan Dövlət Kukla Teatrının kloununun təşkil etdiyi müxtəlif oyunlar və musiqi nömrələri ilə uşaqlar üçün daha əyləncəli və yaddaqalan olub.
Sonda Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.
Tədbirdə 12 məhkum və 20 uşaq iştirak edib.
Digər xəbərlər