NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Naxçıvanda marşrutla avtomobil toqquşub, xəsarət alanlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib. Qəza zamanı "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 17.01.2026 16:03