NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Naxçıvanda “Maliyyə Forum”u keçiriləcək

...

18 dekabr 2024-cü il tarixdə Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Maliyyə Forumu” keçiriləcəkdir. 
Forum Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.
Forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.
Forum Azərbaycan Respublikasının bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri, muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, həmçinin digər mütəxəssislərin iştirakı ilə keçiriləcəkdir.

Nəşr edilib : 14.12.2024 13:04