NAXÇIVAN :

27 Mart 2025, Cümə axşamı

Naxçıvanda magistral yolda qəza baş verib

...

"Şərq qapısı" xəbər verir ki, qəza Naxçıvan-Ordubad magistral yolunun 2-ci kilometrliyində baş verib. Hadisə zamanı 75-AF-711 dövlət nömrə nişanlı "Maple" markalı avtomobillə 67-BD-428 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil toqquşub.
 Yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 13.03.2025 22:16