Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
Sentyabrın 9-da “Naxçıvan Təlim Mərkəzi” PHŞ və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə davam edən “Gənclərin şəxsi inkişaf həftəsi”nin ikinci günü də zəngin məzmunu ilə yadda qalıb. Bu dəfə gənclərlə görüşə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva qatılıb. Onun “Karyeranı planlaşdır və gələcəyini inşa et!” mövzusunda təqdim etdiyi təlim iştirakçıların böyük marağına səbəb olub. Təlim zamanı karyera planlaşdırılmasında şəxsi inkişafın düzgün istiqamətdə qurulmasının əhəmiyyəti, məqsədyönlü fəaliyyətin gələcək uğurlar üçün həlledici rolu və özünüinkişaf vərdişlərinin karyera perspektivinə təsiri barədə ətraflı məlumat verilib. Sessiya gənclərin fəal iştirakı ilə keçirilib, suallar cavablandırılıb və müzakirələr aparılıb. Təlimdə karyera planlama səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib, sorğunun nəticələri müzakirə olunub. Karyera planlamasında hədəf və məqsədlərin müəyyənləşdirilməsi ilə bağlı interaktiv qrup işi keçirilib. Bu təlimlər gənclərə göstərir ki, hər uğurun əsasında düzgün planlaşdırma və şəxsi inkişaf dayanır. “Gənclərin şəxsi inkişaf həftəsi” isə onlara gələcək yol xəritəsini daha aydın görmək, hədəflərinə inamla addımlamaq üçün yeni imkanlar qazandıracaq.
Digər xəbərlər