NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Naxçıvanda "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

...

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul edib.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Nəşr edilib : 04.06.2025 17:37