Qırğızıstan Prezidenti Azərbaycanla ikiqat vergitu...
16:41 22.11.2024
0
0
0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 4-6 oktyabr tarixlərində Naxçıvanda növbəti “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master klasslar da təşkil olunacaqdır.
Naxçıvan “KOB FEST”də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar sentyabrın 26-dək KOBİA-ya müraciət edə bilərlər.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:
https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek
Qeyd edək ki, KOB-ların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
Digər xəbərlər