NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvanda kiçik dövlət müəssisəsi hərrac vasitəsilə özəlləşdirilib

...

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, qeydiyyatdan keçən 1 sifarişçi hərracda iştirak edib və başqa sifarişçi olmadığından hərracın qalibi olub. 
 
Xatırladaq ki, kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş bundan əvvəlki hərrac proseslərində isə Babək, Kəngərli və Sədərək rayonlarında yerləşən kiçik dövlət müəssisələri özəlləşdirilib.

Nəşr edilib : 18.11.2024 16:45