NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdən daxilolmalarda ciddi artım müşahidə olunub

...

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdə 107 əmlak satılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 2024-cü ilin 9 ayı ərzində 107 əmlak, o cümlədən 54 torpaq sahəsi, 36 qeyri-yaşayış sahəsi, 5 kiçik dövlət müəssisəsi və 12 nəqliyyat vasitəsi üzrə hərrac və müsabiqələr keçirilib.

Hesabat dövründə bələdiyyə torpaqlarının satışı (icarəsi) üzrə keçirilmiş hərrac və müsabiqələrdən mərkəzə daxil olan xidmət haqqı 2,5 dəfə artıb.

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdən daxilolmalar 46 dəfəyə yaxın artıb

2024-cü ilin 9 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından 406,5 min manat, qeyri-yaşayış sahələrinin satışından 338,3 min manat, ümumilikdə 744,8 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dörü ilə müqayisədə 45,6 dəfə çoxdur.

Nəqliyyat vasitələrinin hərraclarında formalaşan yekun satış qiyməti ilkin satış qiyməti ilə müqayisədə 57 faiz artıb.

Naxçıvanda hərracdan bələdiyyələrin gəlirləri 60,5 faiz artıb

2024-cü ilin 9 ayı ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 926,8 min manat, bələdiyyələrin hesabına daxilolmalar isə 60,5 faiz artaraq 226,4 min manat təşkil edib.

Hərracların rəqabətli keçirilməsi nəticəsində heç bir daşınmaz əmlak obyekti ilkin satış qiymətindən aşağı satılmayıb.

 

Nəşr edilib : 09.10.2024 14:46