Nazirlər Kabineti dövlət informasiya ehtiyatları v...
15:07 24.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, cari ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.
Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək layihə çərçivəsində istehlakçılara 3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.
Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.
Digər xəbərlər