Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, 2024-cü il sentyabrın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3780 ədəd olub. Yanvar-avqust ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 261,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə çoxdur.
İndiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-avqust aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat olub.
Digər xəbərlər