Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb.
Naxçıvan STEAM Təlim- Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib. Qeyd edək ki, müsahibə mərhələsi iki gün- 15-16 oktyabr tarixlərini əhatə edib.
Məlumat üçün bildirək ki, vakant vəzifələr üzrə 21-28 avqust tarixlərdə aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 48 namizəd sənəd verib, onlardan 43-ü müsahibə mərhələsində iştirak edib.
Digər xəbərlər