NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda ilk dəfə "MEDİA könüllüləri"nin yaradılmasına start verilir

...

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədilə “Media könüllüləri” proqramına qeydiyyat elan edir. Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün regional idarənin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, MEDİA könüllüsü 18-29 yaş arası gənclər ola bilərlər. “MEDİA könüllüləri” proqramı 3 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdırıb və öz öhdəliklərini yerinə yetirən könüllülər proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 10 sentyabrdır. 
Qoşulmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://media.gov.az/media-konulluleri-qeydiyyat-formasi/

Nəşr edilib : 28.08.2024 09:53