Qarabağ Universitetində Ümummilli Lider Heydər Əli...
11:42 12.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının (ABF) birgə təşkilatçılığı əsasında bilyard üzrə açıq muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvandakı "Marvel" Bilyard Klubunda reallaşan yarışa 20 nəfər qatılıb.
Yarışdan öncə Dövlət Himni səsləndirilib.
Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ABF prezidenti Seymur Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
Çıxışlardan sonra turnirə start verilib. Final görüşündə 3:2 hesabı ilə qələbə qazanan Fərid Hacıyev yarışın qalibi olub. Nahid Qoçəliyev ikinci, İntizam Quliyevlə Ramazan Əliyev isə üçüncü yerə layiq görülüblər.
İlk üç yerin sahibləri təşkilatçı qurumların rəhbərləri tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunub.
Digər xəbərlər