İsveçin yeni səfiri etimadnaməsinin surətini Ceyhu...
15:30 04.09.2026
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində özəl təhsil müəssisələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvanda iki özəl məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Naxçıvan Təhsil Mərkəzinin “Happy Kids” və “Ayla Baby İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin uşaq bağçaları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və aidiyyəti qurumların rəyi əsasında lisenziyalaşdırılıb.
Qeyd edək ki, hər iki özəl bağça məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə keçirilən müsabiqənin qalibi olub. Bu, Naxçıvanda sözügedən əməkdaşlıq modeli çərçivəsində ilk belə nəticədir.
Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev 19 iyun 2026-cı il tarixli “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Fərman imzalayıb.
Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişləndirilməsinə və dövlət dəstəyinin daha effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.
Digər xəbərlər