NAXÇIVAN :

25 May 2025, Bazar

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi keçirilir

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilir. 
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 8 binada keçirilən imtahanlarda, ümumilikdə, 2555 abituriyent iştirak edir. İmtahanın idarə olunmasına 32 rəhbər, 251 nəzarətçi ayrılıb.  Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edəcək.

Bülbül Quliyeva

Nəşr edilib : 25.05.2025 10:00