Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Muxtar respublikada “Təmiz hava” aylığı çərçivəsində sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində birgə reyd və maarifləndici tədbirlər davam etdirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin birgə təşkilatçılığı ilə bir qrup avtobus sürücüsü üçün maarifləndirici tədbir keçirilib.
28 avqust 2024-cü il tarixdə Naxçıvan şəhər avtobus parkında keçirilən maarifləndirici tədbirdə sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə istifadələrində olan nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələri, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmələri, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin etmələri, onlara izah olunub. Xəbərdarlıq edərək bildirilib ki, ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr atan nəqliyyat vasitələrinin idarə olunmasına görə sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar”.
Bildirilib ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda 9 marşrut xətti üzrə 70-dən artıq müxtəliftutumlu avtobuslar vasitəsilə sərnişinlərə xidmət göstərilir. Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılması üçün ictimai nəqliyyat vasitələrinin texniki təhlükəsizlik qaydaları, həmçinin təmizlik qaydalaraına ciddi nəzarət edilir. Həmçinin o da vurğulanıb ki, Dövlət Nəqliyyat Xidmətinin balansında olan avtobuslarından 10-dan çoxunun istehsal ili yenidir. Həmin minik vasitələri panduslu, isitmə və soyutma sistemi, təhlükəsizlik kameraları ilə təhciz olunmuş yeni model konfortlu elektrobuslardır. Xidmətin digər avtobuslarınında ekoloji cəhətdən ətraf mühit üçün yenilənməsi nəzərdə tutulur.
Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik.
Digər xəbərlər