NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanın ikinci mərhələsi keçirilir

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi  və həmçinin  lll qurp üzrə DT və TC  alt quruplarını hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçirilir. 
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlarda, ümumilikdə, 1295 abituriyent iştirak edir. İmtahanın idarə olunmasına 17 rəhbər, 129  nəzarətçi ayrılıb.  Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edəcək.

Bülbül Quliyeva

Nəşr edilib : 01.06.2025 10:01