Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qu...
11:16 24.09.2026
0
0
0
Naxçıvan şəhərində “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” keçirilir.
"Şərq qapısı" xəbər verir ki, beynəlxalq elmi-praktik tədbir Naxçıvan Dövlət Universiteti, Ankara Universiteti, Avrasiya Qastroenteroloji Cəmiyyəti və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sentyabrın 26-dək davam edəcək tədbir çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, həmçinin İltihabi Bağırsaq Xəstəlikləri və İntestinal Ultrasonoqrafiya üzrə Beynəlxalq Kurs keçirilir.
Proqramda master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar və elmi təqdimatlar təşkil olunur. Müxtəlif tibbi istiqamətlər üzrə aktual məsələlərin müzakirə edildiyi tədbirdə Avropa, Amerika, türkdilli ölkələr və Bakıdan 300-dən çox professor və yüksək ixtisaslı həkim iştirak edir.
Tədbir çərçivəsində 30-dan çox mütəxəssisin iştirakı ilə Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrində qastroenterologiya, onkologiya, urologiya, mama-ginekologiya, pediatriya, oftalmologiya, reanimatologiya və digər sahələr üzrə xəstələrin müayinə və qəbulunun keçirilməsi də nəzərdə tutulur.
Ümumilikdə, “I Naxçıvan Beynəlxalq Tibb Günləri –2026”nın 2000-dən çox tibb işçisi, rezident və tələbəni əhatə etməsi gözlənilir.
Digər xəbərlər